Azərbaycan xarici ölkələrdən tezyetişən pambıq toxumu alıb

Azərbaycan xarici ölkələrdən tezyetişən pambıq toxumu alıb
25 Aprel 2017
Mətni dəyiş
Kənd Təsərrüfatı Nazirliyi Türkiyə və Almaniyadan tezyetişən, məhsuldar və yüksək lif keyfiyyət göstəricilərinə malik pambıq sortlarının toxumlarını alıb.
Abzas.net-in məlumatına görə, bu barədə qurumun mətbuat xidməti məlumat verir.
"ProGen" və "Bayer" şirkətindən alınan pambıq toxumunun bir hissəsi mərhələli olaraq respublikaya gətirilərək istehsalçılara verilib.
Kənd Təsərrüfatı Nazirliyi bildirir ki, dövlət başçısı respublikada pambıq əkini sahələrinin daha da genişləndirilməsi ilə bağlı mərkəzi və yerli icra hakimiyyəti orqanları qarşısında konkret vəzifələr qoyub.
Xaricdən alınan pambıq toxumunun həcmi və müqavilənin məbləği açıqlanmır.
Qeyd edək ki, bu günə qədər Azərbaycanda 25 yerli və xarici pambıq sortu istifadə edilib. Bunların dördü ("Ələkbəri", "Gəncə-160", "Assos", "Select") 2016-cı ildə rayonlara göndərilib.
Keçən ildən başlayaraq pambıqçılığın inkişafı üçün hökumət böyük diqqət ayırıb. Ancaq bütün bunlara rəğmən hələ də, bu sahədən istənilən nəticə alınmır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun