Azərbaycan və Türkmənistan qazının Avropada payı 8%-ə çatacaq

Azərbaycan və Türkmənistan qazının Avropada payı 8%-ə çatacaq
20 Aprel 2017
Mətni dəyiş
"2020-ci ilədək Rusiyanın "Qazprom" şirkətinin Avropa bazarında payı 38%-ə çatacaq".
Bunu "IHS Markit" konsaltinq agentliyinin idarəedici direktoru Maykl Stoppard bildirib.
"2020-ci ilədək "Qazprom"un bazar payı hər il 1% artacaq. Bu vaxtadək şirkətin Avropa bazarındakı payı 38%-dək yüksələcək", - deyə M. Stoppard bildirib.
Onun sözlərinə görə, Rusiya qazına marağın əsas səbəbi onun daha ucuz olmasıdır. "Bunu nəzərə alaraq deyə bilərəm ki, Azərbaycan və Türkmənistan qazı "Qazprom"un bazar payına təsir edə bilməyəcək", - deyə o qeyd edib.
Direktor qeyd edib ki, 2020-ci ilədək Azərbaycan və Türkmənistan qazının Avropa bazarında payı 2%-dən 8%-dək artacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun