"Azərbaycan Kosovonun ÜGT-yə üzvlüyünü məqsədəuyğun saymır"

"Azərbaycan Kosovonun ÜGT-yə üzvlüyünü məqsədəuyğun saymır"
22 Aprel 2017
Mətni dəyiş
“Azərbaycan Kosovonun müstəqilliyini tanımır və birtərəfli elan olunan müstəqillik beynəlxalq hüquqa ziddir”.
Abzas.net xəbər verir ki, bu sözləri aprelin 20-si Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Avropa Regionu Gömrük Xidmətləri Rəhbərlərinin Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən konfransındakı çıxışında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.
Komitə sədri Azərbaycanın Kosovonun ÜGT-yə üzvlüyü ilə bağlı mövqeyini açıqlayıb.
O, bu məsələnin ÜGT-nin 2012-ci ildə keçirilən sessiyalarında qaldırıldığını, məsələnin müzakirəyə çıxarılmasını doğru hesab etmədiklərini xatırladıb. A.Əliyev deyib ki, Azərbaycan da ərazi toxunulmazlığı problemi ilə üzləşib. ÜGT-nin siyasi məsələlərin meydanına çevrilməsi yolverilməzdir.
“ÜGT-nin qarşısında həlli vacib problemlər durduğu halda, gömrük məsələləri üzrə dövlətlərin əməkdaşlığı üçün yaradılmış bir təşkilatın iclaslarında siyasi məsələlərə yer ayrılmamalıdır. Üstəlik, Kosovo ilə bağlı məsələ 2012-ci ildə ÜGT-nin Siyasi Komissiyasında müzakirə olunub. Kosovonun təşkilata üzvlüyə qəbul edilməməsi barədə qərar verilib. Bu qərar qüvvədə olduğu üçün Azərbaycan tərəfi üzvlük məsələsinin yenidən müzakirəyə çıxarılmasını məqsədəuyğun saymır”, A.Əliyev bildirib.
Konfransda ÜGT-nin fəaliyyət dairəsinə aid məsələlər müzakirə olunub. Tədbir bu gün, aprelin 21-də başa çatacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun