AXCP sədr müavini Gözəl Bayramlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində dindirilib.
Abzas.net xəbər verir ki, Gözəl Bayramlıya saxta sənədlərlə xarici ölkələrə mühacir göndərməklə bağlı suallar verilib. Bundan əlavə, sosial şəbəkələrdə AXCP-nin adı ilə yayılan sənədlərlə bağlı da suallar verilirb. AXCP sədrinin müavini həmin şəxslərin də istintaqa cəlb olunduğunu bildirib.
AXCP Təşkilat Şöbəsinin müdiri Saqif Qurbanov da bu gün prokurorluğda dindirilib və sonra sərbəst buraxılıb.
AXCP sədri Əli Kərimli də dindirilmək üçün 5-ci gün, saat 10:30-da Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə dəvət edilib.