Avropa Şurasının komissarı repressiyyaları tənqid etdi

Avropa Şurasının komissarı repressiyyaları tənqid etdi
4 Aprel 2017
Mətni dəyiş
Avropa Şurasının insan haqları komissarı Nils Muiznieks insan haqları qruplarının fəaliyyəti üçün sahənin daraldığı ilə bağlı narahatlığını dilə gətirən məqalə ilə çıxış edib.
O, qeyd edib ki, son illərdə bir neçə Avropa ölkəsində birləşmək azadlığına dair geriləmələr müşahidə olunur. Bu ölkələrdə artan təzyiq və əngəllər müxtəlif formalarda üzə çıxır: leqal və adminstrativ məhdudiyyətlər; yeni məhdudlaşdırıcı qaydalara əməl olunmamasına görə cinayət ittihamları da daxil olmaqla məhkəmə təqibləri və sanksiyaları; qarayaxma kampaniyaları; təhdid və hətta fiziki zorakılıq. Bəzi hallarda ictimai-siyasi mühit o qədər bərbad olur ki, insan haqları fəalları ya kənara, ya da yeraltına çəkilməyə vadar edir.
Məqalədə Azərbaycana da yer ayrılıb. İnsan haqları komissarı Nils Muiznieks Azərbaycanda QHT-lərə qarşı basqıları pisləyib. O yazır ki, 2014-cü ilin yayında Azərbaycan hökuməti nüfuzlu insan haqları müdafiəçilərinə və sivil aktivistlərə qarşı genişmiqyaslı repressiyalara başlayıb və onların çoxu saxta cinayət ittihamları ilə həbs edilib.
İnsan haqları müdafiəçilərinə “vətən xaini” və “xarici agent” damğası vurulub. 2016-cı ildə bir neçə aktivist azad edilsə də, digərləri hələ də həbsdə qalır. 2016-cı ildə İnsan Haqları üzrə Avropa Məhkəməsi “İnsan Haqları Klubu” QHT-nin sədri Rəsul Cəfərova qarşı irəli sürülən cinayət ittihamlarının əsl məqsədinin insan haqları sahəsində gördüyü işlərə görə onu susdurmaq və cəzalandırmaq olduğu qərarına gəlib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun