12 Aprel 2017
Mətni dəyiş
Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin nümayəndə heyəti Azərbaycana səfər etmək niyyətindədir.
Səfər ilin birinci yarısına planlaşdırılır, hələlik səfərin dəqiq tarixi müəyyənləşməyib.
Səfər zamanı nümayəndə heyəti Avropa Parlamenti və Azərbaycan arasında əməkdaşlıq məsələlərini müzakirə etmək məqsədilə bir sıra rəsmi şəxslərlə görüşlər keçirəcək.
Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin nümayəndə heyətinin həmçinin Gürcüstana və Ermənistana səfər edəcəyi də gözlənilir.