"Azərbaycan vətəndaşlarının ədalətli məhkəmə araşdırılması hüququ və toplaşma azadlığı pozulub"
Aprelin 6-da Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycana qarşı 11 nəfərin işi üzrə 3 qərar qəbul edib.
Avropa Məhkəməsinin məlumatına görə, bu qərarlar 12 yanvar, 26 yanvar, 10 mart, 29 dekabr 2013-cü il və 6 may 2014-cü il aksiyalarında inzibati həbs verilən və cərimələnən şəxslərin şikayətləri ilə bağlıdır.
Ərizəçilərin Avropa İnsan Hüquqları Konvensiyasının 6 (ədalətli məhkəmə araşdırması hüququ) və 11-ci (toplaşma azadlığı) maddələrinin pozuntusunu müəyyən edib.
Bu işlər üzrə şikayət vermiş şəxslər: Vüsal Bayramovun 12 və 26 yanvar aksiyalarında cərimələnməsi, Səxavət Mehdiyevin 12 yanvar aksiyasında cərimələnməsi, Tuncay Quliyevin 26 yanvar aksiyasında inzibati həbsi, Azər Sadıqovun 10 mart aksiyasında cərimələnməsi, Osman Əhmədovun 10 mart aksiyasında cərimələnməsi, Xədicə İsmayılın 26 yanvar aksiyasında cərimələnməsi, Cavid Qarayevin 10 mart aksiyasında cərimələnməsi, Cavid Hacıbəylinin və Tural Sadıqlının 29 dekabr aksiyalarında cərimələnməsi, Kəmalə Bənənyarlı və Orxan Əyyubzadənin 6 may aksiyasında inzibati həbsi.
Belə ki, işlər üzrə müəyyən edilmiş mənəvi ziyana görə kompensasiyanın məbləği: Cavid Qarayevin işində 4 min avro, Vüsal Bayramovun işində 8 min avro, digər işlərdə 6 min avro. Bundan əlavə, cərimələnənlərin işlərində ödənilmiş cərimə maddi ziyan kimi tutulub müvafiq olaraq 480 avro, Vüsal Bayramovun işi üzrə 850 avro. vəkil xərci kimi, Bənanyarlı və Əyyubzadənin işində 2 min avro R.Mustafzadəyə ödənilməli, V.Bayramovun işində 2 min varo Ruslan Mustafazadəyə ödənilməli, X.İsmayılın işində 2 min avro vəkil Fariz .Namazlıya ödənilməli, C.Qarayevin işində 2 min avro vəkil Xalid Bağırova ödənilməli, digərlərinə görə cəmi 5400 avro Əsabəli Mustafayev və Ruslan Mustafazadəyə ödənilməlidir.
On bir nəfərin hüquqşünasları Əsabəli Mustafayev, Ruslan Mustafazadə, Fariz Namazlı (Xədicə İsmayıl) və Xalid Bağırov (Cavid Qarayev işində) idi.
AİHM-in qərarının əsaslandırılması odur ki, hökümət aksiyaların dağıdılması və iştirakçıların cəzalandırılmasının demokratik cəmiyyətdə zəruri olduğunu sübut edən kifayət qədər və müvafiq əsaslandırma təqdim edə bilməyib. Buna görə də aksiyaların dağıdılması və iştirakçıların cəzalandırılması toplaşmaq azadlığının pozuntusu olub.
Bundan əlavə, məhkəmə hesab edir ki, cərimələnən və inzibati həbs verilən şəxslərin məhkəmələri ədalətli keçirilməyib.