Avropa İttiffaqının nümayəndəsi Bakıya gəlir

Avropa İttiffaqının nümayəndəsi Bakıya gəlir
12 Aprel 2017
Mətni dəyiş
Avropa Birliyinin xüsusi elçisi Herbert Salber Bakıya gəlir
Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi elçisi Herbert Salberin Bakıya səfəri gözlənir.
“Turan” agentliyi onun aprelin 18-də gələcəyini yazır. Bir gün sonra, aprelin 19-da isə rəsmi görüşləri başlayacaq.
H.Salberin ölkə rəhbərliyi ilə görüşü planlaşdırılır. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi, Azərbaycan-Avropa Birliyi əlaqələri əsas müzakirə mövzusu olmalıdır.
Xüsusi elçinin səfəri aprelin 20-də bitəcək.
Onun səfərindən bir neçə gün sonra isə Bakıda, Xarici İşlər Nazirliyində Azərbaycan-Avropa Birliyi arasında yeni saziş layihəsinin müzakirəsinə başlanacağı bildirilir. Bu yeni saziş layihəsi ilə bağlı birinci substantiv müzakirə olacaq.
Bundan ötrü aprelin 24-də Avropa Birliyinin xüsusi heyəti Bakıya gəlməlidir. Azərbaycanın hazırlayıb təqdim etdiyi saziş layihəsi danışıqlar masasının əsas sənədi olacaq.
Azərbaycan Avropa Birliyi ilə Tərəfdaşlıq və Əməkdaşlıq haqda sazişi 1996-cı ildə imzalayıb. Həmin saziş 1999-cu ildə ratifikasiya edilib və qüvvədədir.
2004-cü ildən Azərbaycan “Şərq Tərəfdaşlığı” proqramında yer alıb. Bu proqrama Azərbaycandan əlavə, daha 5 postsovet ölkəsi - Belarus, Gürcüstan, Moldova, Ermənistan və Ukrayna daxil idi. Bu ölkələrdən Ukrayna, Moldova, Gürcüstan 2014-cü ildə Avropa Birliyi ilə Assosiativ üzvlüyə dair saziş imzalayıb.
Azərbaycan isə bu sənəddən fərqli, strateji əməkdaşlıq barədə ikitərəfli saziş imzalanmasını təklif edib.
Bundan əvvəl tərəflər fevralda Brüsseldə bir araya gəlmişdilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun