"Accessbank"-ın ziyanı 21 mln manatı keçib

"Accessbank"-ın ziyanı 21 mln manatı keçib
24 Aprel 2017
Mətni dəyiş
2017-ci ilin I rübündə "Accessbank"-ın aktivləri ilin əvvəlinə nisbətən 65 mln 057 min manat və ya 6,1% azalaraq 993 mln 814 min manat olub.
Hesabat dövründə bankın öhdəlikləri 926 mln 466 min manat (79 mln 945 min manat və ya 7,9% azalma) olub.
Contact.az xəbər verir ki, ilin I rübündə bankın depozitləri 301 mln 795 min manata (16 mln 949 min manat və ya 5,9%) çatıb.
"Accessbank"ın Mərkəzi Banka borcu 30 mln manatdır.
Bankın kapitalı 67 mln 348 min manata (artım 14 mln 888 min manat və ya 28,4%) artıb.
İlin I rübündə bankın ziyanı 21 mln 837 min manat olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun