Abid Şərifov ürəyinə görə təcili İsrailə aparılıb [foto]

Abid Şərifov ürəyinə görə təcili İsrailə aparılıb [foto]
3 Aprel 2017
Mətni dəyiş
Baş nazirin müavini Abid Şərifov səhhətində yaranmış problemlə əlaqədar İsrailə aparılıb.
Ürəyində yaranmış nasazlıqla əlaqədar A.Şərifov ötən həftə xüsusi təyyarə reysi ilə İsrailə aparılıb və Hayfa şəhərinin Rambam xəstəxanasına yerləşdirilərək, təcili müalicəyə cəlb olunub.
Bildirilir ki, 77 yaşlı baş nazir müavininin ürəyində hələ keçən həftə problemlər yaranıb və o, Bakıdakı xəstəxanalardan birinə yerləşdirilib.
Lakin onun müayinə edən yerli mütəxəssislər həyatına təhlükə yarandığını və müalicə üçün İsrail kardioloqlarına müraciət etməsini məsləhət görüblər.
Azərbaycan nazirinin İsrailə aparılmasını “Horev” tibb mərkəzinin rəhbəri doktor Roman Barak koordinə edib.
Məlumata görə, indi baş nazirin müavininin vəziyyəti stabilləşib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun