10 Aprel 2017
Mətni dəyiş
Ötən il Hesablama Palatası tərəfindən aparılmış təhlillər əsasında müəyyən edilmiş nöqsanlar barədə müvafiq qurumlara məlumatlar təqdim edilib və cavablar alınıb.
Bu barədə Hesablama Palatasının 2016-cı il üzrə hesabatında qeyd olunub.
Belə ki, Dövlət Statistika Komitəsi tərəfindən 8 irad, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən 12 irad, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Təmizləmə və Standartlaşma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən 5 irad, Milli Arxiv İdarəsi tərəfindən 7 irad, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) 7 irad, İqtisadiyyat Nazirliyin tərəfindən 6 irad, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 7 irad, Mərkəzi Seçki Komitəsi tərəfindən 7 irad, Diaporla iş üzrə Dövlət Komitəsi tərəfindən 10 irad, Energetika Nazirliyi tərəfindən 10 irad, Prezident yanında Ali Attestasiya Komitəsi tərəfindən 7 irad, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən 13 irad , Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 13 irad qəbul edilib və hər birinin baş vermə səbəblərinə izahat verilib.
Qeyd edək ki, hesabat sənədi Milli Məclisin aprelin 14-də keçirilən plenar iclasında müzakirəyə çıxarılacaq.a