Vitse-prezident təyinatını tənqid edən aparıcı işdən çıxarıldı

Vitse-prezident təyinatını tənqid edən aparıcı işdən çıxarıldı
12 Mart 2017
Mətni dəyiş
Türkiyənin FoxTV kanalında efirə gedən “Çalar saat” verilişinin aparıcısı Murad Güloğlu işdən çıxarılıb. 
Abzas.net xəbər verir ki, bu barədə “Sözcü” qəzetində yazı yayımlanıb. Məlumatda deyilir ki, keçən həftə Fatih Portakalın xəbər buraxılışında Azərbaycan prezidenti İlham Əliyevin xanımını birinci vitse-prezident təyin etməsini tənqid etməsindən sonra kanalın Azərbaycandan yayımını dayandırılmışdı.
Bu hadisənin baş verməsindən sonra FOXTV-də martın 7-də efirə gedən "Həftə sonu Çalar Saat" proqramında aparıcı Murad Güloğlu canlı yayımda prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva haqqında xoş olmayan bir bənzətmə etmişdi.
Bundan dərhal sonra Fox Türkiyə İdarə Heyətinin üzvü Əngin Günər şəxsi tvitter hesabından aparıcının işdən çıxarıldığını yazıb. Aparıcı da işdən çıxarıldığını öz şəxsi tvitter hesabında qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun