Vəkil Mehman Hüseynova bəraət istəyib

Vəkil Mehman Hüseynova bəraət istəyib
6 Mart 2017
Mətni dəyiş
Bu gün, martın 6-da bloqqer Mehman Hüseynovun həbsindən apellyasiya şikayəti verilib.
Bunu AzadlıqRadiosuna M.Hüseynovun vəkili Elçin Sadıqov bildirib: "Apellyasiya şikayəti bütün təfərrüatları ehtiva etməklə 23 səhifədən ibarətdir. Məsələ ətraflı təsvir edilmiş şəkildə apellyasiya instansiyana təqdim edilir".
E.Sadıqovun deməsinə görə, apellyasiya şikayətində M.Hüseynova bəraət verilməsi istənilir.
Vəkil martın 6-sı M.Hüseynovla görüşdüyünü də bildirir: "Bu gün görüşdük. M.Hüseynov digər vəkillərin müdafiəyə qatılmasına etiraz etmədi. Amma müdafiə ilə bağlı bütün hüquqi sənədləri mənim hazırlamağımı istədi",-deyə E.Sadıqov qeyd edib.
Vəkillərdən Yalçın İmanov və Fəxrəddin Mehdiyev də Mehman Hüseynovun müdafiəsinə qoşulmaq niyyətindədirlər. Ancaq bir müddət öncə vəkil Elçin Sadıqov buna ehtiyac olmadığını bildirmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun