Təhlükəsizlik xidmətinin 5 əməkdaşına general rütbəsi verilib

Təhlükəsizlik xidmətinin 5 əməkdaşına general rütbəsi verilib
28 Mart 2017
Mətni dəyiş
Martın 27-də prezident İlham Əliyev 5 təhlükəsizlik əməkdaşına general-mayor rütbəsinin verilməsi ilə bağlı sərəncam imzalayıb.
Abzas.net xəbər verir ki, sərəncama əsasən Dövlət Təhlükəsizliyi Xidmətinin polkovnikləri Rauf Xələfova, İlqar Musayevə, Sahib Nağıyevə və Asif Rüstəmova general-mayor ali hərbi rütbəsi verilib.
Həmçinin, prezident Xarici Kəşfiyyat Xidməti rəisinin müavini Ceyhun  Şadlinskiyə  də general-mayor ali hərbi rütbəsi verib.
2015-ci il oktyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyi (MTN) ləğv olunub. Onun bazasında Dövlət Təhlükəsizlik və Xarici Kəşfiyyat xidmətləri yaradılıb.
Hazırda ləğv edilən MTN-in bir çox yüksək rütbəli əməkdaşının məhkəməsi gedir. Onlar rüşvət, vəzifə səlahiyyətlərini aşma, hədə-qorxu ilə pul tələb etmə və bir sıra başqa ağır cinayətlərdə ittiham edilirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun