"SOCAR" Gürcüstanda daha 19 məscidi mavi yanacaqla təmin edəcək

"SOCAR" Gürcüstanda daha 19 məscidi mavi yanacaqla təmin edəcək
16 Mart 2017
Mətni dəyiş
Gürcüstan Müsəlmanları İdarəsi (GMİ) ilə “SOCAR Georgia” şirkəti Gürcüstandakı daha 19 məscidin pulsuz olaraq təbii qazla təmin olunması barədə razılığa gəliblər.
AZƏRTAC-ın məlumatına görə, GMİ-nin sədri Ramin İgidov deyib ki, “SOCAR Georgia” 2016-cı ilin sonunadək Gürcüstanda digər dinlərə məxsus məbədlərlə yanaşı 20 məscidi də təmənnasız olaraq təbii qazla təmin edib. Bu ildən etibarən isə həmin siyahıya daha 19 məscid əlavə olunacaq. Bununla da Gürcüstanda “mavi yanacaqla” təmənnasız təmin olunan məscidlərin sayın 39-da çatacaq.
R.İgidov bu xeyirxah addımına görə, GM adından Azərbaycan dövlətinə, SOCAR-a və şirkətin Gürcüstan nümayəndəliyinə minnətdarlığını bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun