SOCAR: “Güclü külək proqnozu ilə əlaqədar bütün lazımi tədbirlər görülüb”

SOCAR: “Güclü külək proqnozu ilə əlaqədar bütün lazımi tədbirlər görülüb”
30 Mart 2017
Mətni dəyiş
Martın 31-də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi ilə bağlı Milli Hidrometeorologiya Departamentinin xəbərdarlığından sonra Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dənizdəki obyektlərində bütün zəruri tədbirlər görülüb, müvafiq təlimatlar verilib.
Bu barədə SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev deyib. O qeyd edib ki, dənizdəki obyektlərlə əlaqə saxlanılıb, lazımi tapşırıqlar verilib:
“Martın 31-də təhlükəli hesab olunan işlər dayandırılacaq. Tikinti, təmir, qazma və xidmət sahələrində işlər aparılmayacaq. Artıq bu sahələrdə çalışan əməkdaşların özüllərdən çıxarılmasına başlanılıb. Yalnız quyulara nəzarət işləri həyata keçiriləcək. Özüllərdə əlavə personal olmayacaq”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun