22 Mart 2017
Mətni dəyiş
Slavoy Jijek: Biz mahiyyətcə şər, eqoist və iyrəncik. Məsələn, götürək işgəncəni. Mən realistəm. Əgər mənim qızım olsaydı və o qaçırılsaydı, həmən uşaq oğrusunun dostunu tapdıqda ona işgəncə etməyəcəyimi deyə bilmərəm.
Mən zamanla daha aqressiv oldum. Bəziləri deyir ki, mən daha çox sağçıyam ancaq bu heç belə deyil. “Onlar xoşməramlı insanlardır” - Qaçqın böhranında biz bu cür himayəkarlıqdan əl çəkməliyik. Yox, eynilə bizim aramızda olduğu kimi onların da arasında qatillər var. Liberal solun qaçqınlar haqqında mənfi bir şeyin yazılmasını məhdudlaşdırması anti-immiqrant sağın yüksəlişinə yol açır.
Mən yaxşı ata deyiləm. Ləyaqətli biri olduğumu vurğulamaq gülüncdür, ona görə belə bir şeydən qəti qaçıram. Bununla yeniyetmə oğlum mənim nüfuzumun sarsıldığını görür. Oğlum 14 yaşında ikən əsəbləşib ona qarşı slovyanca bir vulqar ifadə işlətmişdim: “Qoy ananı köpək s...”. O isə cavab verdi: “Bu artıq 15 il əvvəl baş verib. Beləcə, mən dünyaya gəlmişəm”.
Dostlarım məni Fidel deyə çağırır. Siyasətə görə deyil, sadəcə çox danışdığım üçün. Bir dəfə Kubaya səfər etmişdim. TV-də Fidel Kastronun bir görüşdə iştirakı göstərilir və o deyir: “Yoldaşlar, bəzi qeydlər aparmaq üçün 5 dəqiqə”. Mən yatmağa getdim. Beş saat sonra oyandıqda o hələ də danışırdı.
Siyasi olaraq, mən korrekt təkəbbürlülüyə nifrət edirəm. Siyasi korrekt ağdərili dostlardan fərqli olaraq, qaradərili dostlarla mən əsl ünsiyyət qura bilirəm. Necə? Çirkin hekayələr və zarafatlarla. Xarici ölkəyə səfər etdikdə sən öz maraqlı yeməklərin və müsiqilərinlə öyünərək oyun oynuyursan, bəs səmimiyyəti necə yarada bilərsən? Bir az ədəbsizlik mübadiləsi apararaq.
Bir gecəlik münasibətlər qura bilmirəm. Mənim şəhərim Lyublyanada hansı qadınla yatdığımı dəqiqliklə bilə bilərsiniz. Çünki mən onlarla evli olmuşam.
Mənim İŞİD-i sevdiyimi demək qorxunc olar. Ancaq onların postmodern axıcı identikliklə təşkil olunmasına bir nəzər yetirin. İslamda azadlıqçı bir yeraltı tendensiya var; Heyrətamiz müsəlman fəlsəfə tarixçisi iddia önə sürmüşdür ki, Akvinalı Foma İbn Sina kimi müsəlman şairlərinin təsiri altında Aristoteli səhv anlamış və bununla modern dövrə, LGBT hüquqlarına və sairəyə yol açmışdır.
Mənim valideynlərim ciddi deyildilər, ancaq himayəkar idilər. Mən onları bəyənmirdim. Onların ikisi də gecə xəstəxanada vəfat etmişdi. Mən bunu telefonda öyrəndiyim günün səhəri kompyuter arxasında iş görürdüm. Mən dedim: “Hər şey qaydasındadır? Tamam, təşəkkürlər” və yoluma baxdım. Mən bütövlükdə soyuqluq hiss edirdim – nə isə qaydasında deyildi. Özümü buna görə alqışlamıram.
Hollivud hər şeyi bilir. O, “Elizium” və “Aclıq Oyunları” kimi anti-utopiyalarla mübtəla olmuşdur. Mən həqiqətən bunu bizim mümkün gələcəyimiz kimi görürəm. Gənclər böyük bir fəlakətə hazırlaşmalı, tədbirli davranmalı və moralizmə qaçmalı deyillər.
Yazmaq mənim həyatımı xilas elədi. İllər əvvəl şəxsi həyatımla bağlı narahatlıqlara görə mən həftələrlə intihar əhval-ruhiyyəsində olmuşam. Mən özümə dedim: “Mən özümü öldürə bilərəm, lakin ilk öncə bitirməli olduğum bir yazı var. Bitirdikdən sonra özümü öldürəcəm.” Sonra başqa yazılar da ortaya çıxdı, beləcə mən hələ də burdayam.
Slavoy Jijek kimdir?
Slavoy Jijek (Slavoj Žižek) sloven filosof, marksist, mədəniyyət tənqidçisi. İlk dəfə bir ictimai nəzəriyyəçi kimi 1989-cu ildə, ilk ingiliscə kitabı olan "İdeologiyanın əzəmətli obyekti" kitabı sayəsində məşhur olmuşdur.
O, bu kitabında ideologiyanın marksizm tərəfindən verilən izahını saxta şüur olduğunu irəli sürmüş və ideologiyanı reallığı formalaşdıran bir şüursuz fantaziya kimi təqdim etmişdir. Jijek özünü bir neoliberalizm tənqidçisi hesab edir.
Qeyri-ənənəvi tərzi sayəsində məşhur olan Jijek bəzən "Fəlsəfənin Elvis Preslisi" də adlandırılır.
Tərcümə: Orxan