Səudiyyə Ərəbistanı hasilatını yenidən artırıb - NEFT UCUZLAŞIR

Səudiyyə Ərəbistanı hasilatını yenidən artırıb - NEFT UCUZLAŞIR
14 Mart 2017
Mətni dəyiş
Səudiyyə Ərəbistanı OPEC-ə neft hasilatını yenidən gündəlik 10 milyon barelinin üzərinə çıxardığını bildirib.
"Marja" xəbər verir ki, bu, OPEC tərəfindən Çərşənbə axşamı günü nəşr olunan aylıq hesabatda qeyd olunub.
Hesabata görə, Səudiyyə Ərəbistan, ötən ay tətbiq etdiyi neft hasilatı ixtisarının üçdə birini təkrar istehsala daxil edib. Krallıq, neft qiymətlərinin sabitləşdirilməsini nəzərdə tutan OPEC razılaşmasına başçılıq etmək üçün, Yanvar ayında ehtiyac duyduğu miqdardan aşağı neft hasil etmişdi. Hesabata görə isə, Səudiyyə Ərəbistanı istehsalını gündəlik 263,300 barel artıraraq gündəlik 10.011 milyon barrelə qaldırıb. Ər-Riyad tərəfindən açıqlanan rəqəm, OPEC-in, Səudiyyə Ərəbistanının gündəlik hasilatının daha da aşağı salaraq 9.8 milyon barrelə gerilədiyinə dair ehtimalı ilə tərsdir.
Hesabatın açıqlanmasının ardından Brent nefti 1%-dən çox ucuzlaşaraq 50,79 dollara düşüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun