Rusiyada bankirlərə ölkədən çıxış qadağan edilə bilər

Rusiyada bankirlərə ölkədən çıxış qadağan edilə bilər
7 Mart 2017
Mətni dəyiş
Rusiyanın bank sistemi böyük böhranla üzləşib.
Fins.az xəbər verir ki, Mərkəzi Bankın sədr müavini Vasiliy Pozdışev kredit təşkilatların qeyri-leqal sxemlərlə məşqul olması, aktivlərin həcminin şişirdirməsi, real aktivləri olmayan şirkətlərə kreditlərin verilməsi, pulların gizli yollarla xaricə çıxarılması və əhalinin əmanətlərinin oğurlanması kimi faktorların böhrana səbəb olduğunu söyləyib.
Onun sözlərinə görə, bankirlər bir “virtual dünya” yaradıblar. İqtisadi fəaliyyəti olmayan şirkətlərin və ya uydurma fiziki şəxslərin adına kreditlərin verilməsi isə bank biznesinin sürətlə artan "siyasətinə" çevrilib
“Mərkəzi Bankın mütəxəssisləri hər borcalanın ünvanına bir-bir getməlidir ki, şirkətin real biznesinin olmamağını sübüt etsin”.
Pozdışev həmçinin fırıldaqçılığın digər bir növü olan- əmanətlərlə manipulyasiyalar haqda açıqlama verib:
“Bank əmənətçinin xəbəri olmadan, hesabdan saxta çıxarış təqdim etməklə onun vəsaitlərini öz məqsədləri naminə istifadə edir. Saxta çıxarışı bank xüsusi proqram vasitəsi ilə həyata keçirir. Bu proqram bank tərəfindən ələ keçirilən məbləğləri “görünməz” edir, yəni müştəri hesabının çıxarışına baxarkən (internet-bankinglə həmçinin) hesabında həmin məbləğin olduğunu görür.
Fırıldaqçılığın ikinci növü tam əksinədir: real əmanətçi yoxdur, lakin kassadan pul keçib və dərhal kredit şəklində çıxması üzrə qeydlər və sazişlər var.
“Eyni zamanda bu cür əməliyyatlara görə bankirləri cəzalandırmaq hər vaxt mümkün olmur. Çox vaxt onlar ifşa olunan kimi pulları götürüb xaricə qaçırlar”.
Xatırladaq ki, müflis olmuş “Trast” bankının səhmdarları Londona qaçıb. “Vneşprombank”ın sabiq həmsədri isə Monakoda yaxalanıb.  Daha bir çökmüş  bankın – “Rossiyskiy kredit”in eks-rəhbəri Cənubi Afrikaya , “Layf” qrupun təsisçisi isə Sinqapura qaçıb.
Pozdışevin bəyanatına görə, belə bir təcrübə ilə üzləşməmək üçün qanunvericilikdə dəyişiklik edilməlidir:
“Vicdansız bankların rəhbərlərinin xaricə getmələrini məhdudlaşdırmaq lazımdır. Bankların çox vaxt nüfüzlu patronları olur və bu faktor hər şeyi daha da çətinləşdirir. Bundan başqa kriminal banklar tənzimləyicidən uşaq evlərinin, qocalar evlərinin, məktəblərin, bələdiyyələrin hesabları ilə məşqul olmaq adı altında sosial effektlik ilə qoruyucu baryer yaradırlar”.
Mərkəzi Bankda hesab edirlər ki, bütün risklərə baxmayaraq, bank sektorunun təmizlənməsi ən azı daha iki il davam edəcək. 2019-cu il üçün bankların sayı indiki 570-dən 400-dək düşə bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun