15 Mart 2017
Mətni dəyiş
Rusiya Hərbi-Dəniz Donanmasının (HDD) baş komandanlığının nümayəndə heyəti Azərbaycana səfər edib.
APA-nın verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Məlumata görə, səfərin məqsədi “Dəniz Kuboku-2017” beynəlxalq müsabiqəyə hazırlıq prosesini müzakirə etməkdir.
Qeyd edək ki, “Dəniz Kuboku-2017” beynəlxalq müsabiqə Azərbaycanda 1-10 avqust tarixlərinə keçiriləcək.
Rusiya HDD baş komandanlığının nümayəndə heyətinə Rusiya Hərbi-Dəniz Qüvvələrinin (HDQ) Döyüş Hazırlığı İdarəsinin rəisi kontr-admiral Viktor Koçemazov rəhbərlik edir.
Müsabiqənin detalları Azərbaycan HDQ komandanlığının nümayəndələri ilə birlikdə nəzərdən keçiriləcək. Rusiya HDD-nin nümayəndə heyətinin Azərbaycan HDQ-nin “Puta” bazasına baş çəkəcəyi planlaşdırılıb.
Viktor Koçemazov qeyd edib ki, səfər zamanı yerinə yetirilən epizodlar üzrə xalların hesablanması sisteminin bütün aspektləri və gəmi ekipajlarına veriləcək tapşırıqlar dəqiq müəyyənləşdiriləcək, beynəlxalq hakimlər briqadası aormalaşdırılacaq.
Qeyd edək ki, “Dəniz Kuboku” müsabiqəsi Beynəlxalq Ordu Oyunları çərçivəsində, iştirakçı dövlətlərin donanmaları və hərbi qüvvələri arasında dostluq münasibətlərini inkişaf etdirmək, habelə dəniz təhlükəsizliyinin təmin edilməsini təkmilləşdirmək məqsədi ilə keçirilir.