“Cənub Qaz Dəhlizi” QSC 1 milyard dollarlıq avrobond yerləşdirib

“Cənub Qaz Dəhlizi” QSC 1 milyard dollarlıq avrobond yerləşdirib
16 Mart 2017
Mətni dəyiş
“Cənub Qaz Dəhlizi” QSC 10 il müddətinə avrobond yerləşdirməklə 1 mlrd. dollar cəlb edib.
“İnterfaks-Azərbaycan” xəbər verir ki, Bu barədə QSC-dən məlumat verilib.
"Bu, avrobondların ikinci yerləşdirilməsidir. Yerləşdirmənin həcmi 1 mlrd. dollar təşkil edib, istiqrazlar illik 7% gəlirlilik dərəcəsi (6,875 kupon faizi) ilə və 10 il müddətinə buraxılıb", - deyə məlumatda bildirilir.
"Cənub Qaz Dəhlizi" QSC 2016-cı ilin mart ayında avrobondların yerləşdirilməsi vasitəsilə 1 mlrd. dollar cəlb etmişdi.
“İstiqrazların ən böyük hissəsi - 45%-i ABŞ, 40%-i Birləşmiş Krallıq, 13%-i digər Avropa ölkələri, 2%-i isə Asiya və Yaxın Şərq ölkələri tərəfindən alınıb. Buraxılışa gözləndiyindən artıq abunə toplanılıb və təklifin 90%-i fond menecerləri tərəfindən verilib, bu da öz növbəsində nüfuzlu institusional investorlar arasında şaxələnmiş bölgüyə yol açıb”, - deyə məlumatda bildirilir. Avrobondların yerləşdirilməsindən cəlb olunmuş vəsaitlər Azərbaycanın "Cənub Qaz Dəhlizi" layihəsindəki payının maliyyələşdirilməsinə yönəldiləcək.
Emitent tərəfindən buraxılan istiqrazların beynəlxalq maliyyə bazarlarında yerləşdirilməsi üçün “Citi Bank”, “UniCredit”, “JP Morgan” banklarından ibarət sindikat səlahiyyətləndirilib. “Lazard Freres SAS” şirkəti Azərbaycan tərəfinin maliyyə məsləhətçisi, “Clifford Chance” və “Omni” şirkətləri isə emitentin hüquq məsləhətçisi qismində çıxış edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun