“Hərbi Vəziyyət haqqında qanunda senzura sözünün əlehinəyəm”
Bu sözləri Abzas.netə Hərbi Vəziyyət haqqında Milli Məclisə təqdim olunan qanun layhəsinə münasibət bildirərkən Millət Vəkili Fazil Mustafa deyib.
Millət vəkilinin sözlərinə görə, qanun layhəsindən “senzura” çıxarıla bilər.
“Bununla bağlı parlamentdə mübahisələr çox getdi. Hesab edirəm ki, qanun layhəsindən “senzura” sözü çıxarılacaq. Burada söhbət hərbi vəziyyətin elan olunduğu hər hansısa ərazidən gedə bilər. Hərbi Vəziyyətin elan olunduğu ərazilərdə hər hansısa məlumat nəzarətdən kənar gedərsə, düşmənə hər hansısa ipucu ola bilər. Ola bilsin “senzura” o baxımdan nəzərdə tutulub. Çox gümanki “senzura” sözü götürüləcək ordan və əvəzində hər hansısa məhdudlaşdırmalar əlavə olunacaq” – deyə F. Mustafa bildirib.
[caption id="attachment_14437" align="alignnone" width="3835"]
Deputat Fazil Mustafa[/caption]
Hüquqşünas Ələsgər Məmmədli isə deyir ki, Milli Məclisə təqdim olunan Hərbi Vəziyyət haqqında qanun layihəsində senzuranın nəzərdə tutulması Konsititusiyanın 50-ci maddəsi ilə ziddiyət təşkil edir.
“Senzura ümumiyyətlə azadlığın özünü aradan qaldırmaq deməkdir. Senzuranın nəzərdə tutulması Konsititusiyanın 50-ci maddəsi ilə ziddiyət təşkil edir. Konsititusiyanın 71-ci maddəsində göstərilir ki, qanun qəbul edən parlament insan və hüquq azadlıqlarını Konsititusiyada nəzərdə tutulan qədər məhdudlaşdıra bilər. Buna görə də, parlament bu qanunu “senzura” sözü ilə qəbul edərsə, Konsititusiyanın tələblərini pozmuş olacaq” – deyə Ə.Məmmədli bildirib.
Hüquqşünas deyir ki, konsititusiya məhkəməsi rəy verib bu qanun layhəsində nəzərdə tutulan senzuranın Konsititusiyaya zidd olduğunu və “senzura” sözünün qanun layhəsindən çıxarlmasının vacibliyini bildirməlidir.
[caption id="attachment_7336" align="alignnone" width="1280"]
Hüquqşunas Ələsgər Məmmədli[/caption]
“Konsititusiya Məhkəməsi Konsititusiyanı qorumaqla mükəlləf olan tərəfdir. Bu baxımdan Konsititusiya məhkməsi bu məsələ ilə bağlı rəy verməli və qanunun “senzura” sözü ilə qəbul edilməsini rədd etməlidir” – deyə hüquqşünas bildirib.
“Nəzərə alınmalıdır ki, ifadə azadlığı mütləq hüquq deyil. İfadə azadlığına bir neçə əsas mövcud olduqda, özəlliklə də milli təhlükəsizlik, ərazi bütövlüyü maraqları naminə müdaxilə edilə bilər”
Bu sözləri isə Abzas.netə açıqlamasında media hüququ eksperti Xalid Ağaliyev bildirib.
Xalid Ağaliyevin sözlərinə görə, milli təhlükəsizlik, ərazi bütövlüyü əsası ilə məhdudiyyətlər mümkündür. Ancaq belə müdaxilə tətbiq edilərkən mütləq nəzərə alınmalıdır ki, hərbi məlumatların heç də hamısı ictimaiyyət üçün açıq olan məlumatlar siyahısının əhatə dairəsindən kənarda qalmamalıdır.
“Müvafiq informasiyanın ərazi bütövlüyünə və ya milli təhlükəsizliyə real və ciddi təhlükə yaradıb-yaratmadığının qiymətləndirilməsini hansısa senzor yox, birmənalı olaraq məhkəmələr həyata keçirməlidir” – deyə ekspert bildirib.
[caption id="attachment_13050" align="alignnone" width="898"]
Hüquqşunas Xalid Ağaliyev[/caption]
X.Ağaliyev deyir ki, bu ölkə Konstitusiyasının, Azərbaycanın da daxil olduğu Avropa Məhkəməsinin müəyyən etdiyi aydın yanaşmadır. Hərbi vəziyyətdə də ifadə azadlığı ilə bağlı məsələlər məhz bu konteksdə dəyərləndirilməlidir.
“Məncə, yeni qanun layihəsi Konstitusiyanın, Avropa Məhkəməsinin presedent hüququnun işığında baxdığımızda, xeyli dərəcədə naşıca hazırlanıb. Konstitusiya senzuraya, Avropa Konvesniyası da nəşrə, məqaləyə ön müdaxiləyə birmənalı şəkildə sədd çəkir, yəni buna yol vermək olmaz.
Eyni zamanda həm Konstitusiya, həm də Avropa Konvesniyası ifadə azadlığına müdaxiləyə imkanlar verir. Yəni müdaxilə etmək üçün adekvat mexanizm yaratmaq istəyirsənsə, bunu Konstitusiya və Konvensiya çərçivəsində etməlisən. “Hərbi vəziyyət haqqında” qanun layihəsi bu baxımdan xeyli qüsurludur, ölkə Konstitusiyası və Avropa Konvensiyası ilə müqayisəli araşdırıldıqda bu qüsurlar aydın nəzərə çarpır” – deyə X.Ağalı bildirib.
Konsititusya Məhkəməsindən dəyişiklik layihəsi ilə bağlı şərh almağa çalışsaq da mümkün olmadı.