13 Mart 2017
Mətni dəyiş
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyi verilib.
APA-nın məlumatına görə, bu barədə Azərbaycanın təşkilat yanında daimi nümayəndəliyinin rəhbəri Anar Kərimov bildirib.
Namizədlik rəsmi şəkildə baxılması üçün Azərbaycan tərəfindən təşkilatın İcrayyə Komitəsinə təqdim edilib.
Seçkilər bu ilin payızında keçiriləcək.
Qeyd edək ki, YUNESKO-nun hazırkı baş direktoru İrina Bokovanın səlahiyyət müddəti bu il başa çatır.
O, 2009-cu ildən bu vəzifəni icra edir, 2013-cü ildə ikinci dəfə baş direktor seçilib.