Palatadan banklara təhlükəsizliklə bağlı göstəriş

Palatadan banklara təhlükəsizliklə bağlı göstəriş
3 Mart 2017
Mətni dəyiş
Maliyyə Bazarlarına Nəzarət Palatası banklardan təhlükəsizlik tədbirlərini gücləndirməyi tələb edib.
Fins.az-ın bank mənbələrindən əldə etdiyi məlumata görə, Palata “Dəmirbank”a edilən xaker hücumundan sonra bankların İT və Təhlükəsizlik departamentlərini toplayaraq təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı göstərişlər verib.
Bəzi banklar fins.az-a açıqlamasında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı məlumatı təsdiqləyiblər. Belə ki, təhlükəsizlik tədbirləri çərçivəsində banklardakı kompyuterlərin çıxış portları bloklanıb. Eyni zamanda personalın bank daxilində kompyuterlərdən internetə girişi qadağan edilib. Banklarda yalnız bəzi departamentlərə məhduliyyətlə internetə qoşulmaq icazəsi verilib.
Qeyd edək ki, fevral ayının 6-da“DəmirBank”a xaricdən xaker hücumu olmuşdu. Bankda ayrı-ayrı hesablardan ümumilikdə 3 milyon dollar oğurlandığı bildirilirdi. Bank isə rəsmi açıqlamasında xaker hücumunun olduğunu təsdiqləsə də,  beynəlxalq ödəniş sistemlərinin saxtakarlığa qarşı avtomatlaşmış müdafiə sistemləri hesabına qanunsuz əməliyyatların böyük hissəsinin qarşısı alındığını bildirmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun