Novruz Məmmədov: "Qırğızıstanın addımı başa düşülən deyil"

Novruz Məmmədov: "Qırğızıstanın addımı başa düşülən deyil"
4 Mart 2017
Mətni dəyiş
İqtisadi əməkdaşlıq Təşkilatının (İƏT) Islamabad Sammitində Qırğızıstan Azərbaycan üçün mühüm əhəmiyyət daşıyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə bağlı qətnaməyə qoşulmayıb.
APA-nın xəbərinə görə, bunu Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.
"Təəssüf ki, Qırğızıstan tərəfi nəyəsə görə bunun siyasi məsələ olduğunu əsas gətirib, qətnaməyə qoşulmadı. Bu bizi təəccübləndirdi. Bu qədər işlər, ölkələrin qarşıya qoyduğu vəzifələr qarşısında bu addımın atılması başa düşülən deyil".
N.Məmmədov qeyd edib ki, bu qətnamədə qeyri-adi heçə yoxdur:
"BMT-nin tələb etdiyi prinsiplərdir. Qətnamədə ölkələrin ərazi bütövlüyü, suverenliyi və münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli məsələsi qoyulub" - deyə N.Məmmədov bildirib.
İqtisadi əməkdaşlıq Təşkilatının 1985-ci ildə Pakistan, Türkiyə, İran tərəfindən qurulub. 1993-cü ildən Azərbaycan və 5 Orta Asiya respublikası bu quruma üzv olublar.
Bu il martın 1-də Pakistanda qurumun XIII sammiti keçirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun