30 Mart 2017
Mətni dəyiş
Milli Şura aprelin 9-u saat 15:00-a təyin etdiyi mitinqə yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib.
Abzas.net xəbər verir ki, bu barədə Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gözəl Bayramlı azadliq.info-ya məlumat verib.
O bildirib ki, Bakı Şəhər İcra Hakimiyyətinə edilən müraciətdə Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionu (keçmiş “Məhsul” stadionu) istənilib.
Martın 29-da Milli Şurasının Koordinasiya Mərkəzi aprelin 9-u saat 15:00-da Məhsul Stadioununa mitinq təyin edib.
Təşkilatçılar bildirir ki, mitinq ölkədə geniş yayılmış korrupsiyaya, dövlətinin varının talan edilməsinə, xalqın yoxsul hala salınmasına, bahalaşmaya, sülalə sisteminin formalaşdırmasına qarşıdır. Əsas tələblərdən biri də siyasi məhbusların azad edilməsidir.