MHŞT üzrə Beynəlxalq İdarə Heyətinə müraciət ünvanlanıb - [Siyahı]

MHŞT üzrə Beynəlxalq İdarə Heyətinə müraciət ünvanlanıb - [Siyahı]
7 Mart 2017
Mətni dəyiş
"Hökumət tərəfindən əhəmiyyətli addımlar atılıb"
Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyasının (MSŞA) şura üzvlərindən sonra MSŞA QHT Koalisiyasının 94 üzvü Mədən Hasilatında Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Beynəlxalq İdarə Heyətinə müraciət edib.
Müraciətə imza atanlar MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin martın 8-9-da Kolumbiyanın paytaxtı, Boqota şəhərində keçiriləcək iclasında Azərbaycanın MHŞT-da üzvlüyünün saxlanması xahiş olunur.
Müraciətdə deyilir ki, MHŞT-nin 15 aprel 2015-ci il tarixli iclasında Azərbaycan üçün təsdiq edilmiş İslahedici Tədbirlər Planı və Astana toplantısında irəli sürülən tədbirlərin icra olunmasından sonra vəziyyətin müsbətə doğru dəyişməsi ilə bağlı hökumət tərəfindən bir sıra əhəmiyyətli addımlar atılıb.
Martın 6-da ünvanlanan müraciətdə isə müəlliflər bildiriblər ki, hökumət üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib, əksinə, Koalisyanın fəaliyətinə müdaxilə edir.
94 MSŞA üzvünün imzaladığı müracətin mətnini təqdim edirik: 
"Hörmətli İdarə Heyəti üzvləri,
 2017-ci il 08-09 mart tarixində, Kolumbiyanın paytaxtı Boqota şəhərində keçiriləcək MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin növbəti toplantısı ərəfəsində Sizlərə müraciət edirik. Azərbaycanın MHŞT-də iştirakını, bu sahədə indiyə qədər görülən işləri, təşəbbüsləri ölkəmiz, yerli vətəndaş cəmiyyəti üçün vacib hesab edirik. MHŞT ölkəmizdə şəffaflığın və hesabatlılığın tətbiqi, gəlirlərin düzgün idarə edilməsi, ictimai  iştirakçılığı dəstəkləməklə yeni islahatlar mərhələsinə qədəm qoyan Azərbaycan üçün çox fayda verir. MHŞT eyni zamanda yerli vətəndaş cəmiyyətinə hökumətlə əməkdaşlıq, müzakirə və qərarların qəbulu prosesində iştirak imkanları təqdim edir. Bu baxımdan Azərbaycanın MHŞT-də fəaliyyətinin davam etməsi yerli vətəndaş cəmiyyəti üçün də çox mühümdür və taleyüklü məsələdir.
MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin Boqota toplantısında növbəti dəfə Azərbaycanın üzvlüyü məsələsi müzakirə olunacaq.
Biz aşağıda imza edən MSŞA Koalisiyası üzvləri mövqeyimizi və rəyimizi Sizlərin diqqətinə çatdırmaq istərdik.
Bir daha qeyd edək ki, yerli vətəndaş cəmiyyəti təmsilçiləri olaraq birmənalı şəkildə Azərbaycanın  MHŞT-də fəaliyyətinin davam etdirməsinin tərəfdarıyıq. Hesab edirik ki, Azərbaycanın MHŞT-də iştirakı ilk növbədə Azərbaycan vətəndaş cəmiyyəti üçün çox önəmlidir həm təbii ehtiyatların işlənməsinə nəzarət baxımından həm də Vətəndaş Cəmiyyətinin inkişafı və rolunun artması baxımından. Azərbaycanın üzvlüyünün dayandırılması çox tələsik addım olardı.
15 aprel 2015-ci il tarixli iclasınızda Azərbaycan üçün təsdiq etdiyiniz İslahedici Tədbirlər Planı və Astana toplantısında irəli sürülən tədbirlərin icra olunmasından sonra vəziyyətin müsbətə doğru dəyişməsi ilə bağlı hökumət tərəfindən bir sıra əhəmiyyətli addımlar atılıb. Koalisiya üzvlərinin üzləşdikləri praktiki problemlər əsasən həll edilib, qrantların qeydiyyatı prosedurlarında və donorların fəaliyyətini tənzimləyən qaydalarda xeyli sadələşdirmələrə dair  hökumət müvafiq qərarlar qəbul edib (ölkə prezidentinin 21 oktyabr 2016-cı il tarixli fərmanı, Nazirlər Kabinetinin  11 yanvar 2017-ci il tarixli və 24 yanvar 2017-ci il tarixli qərarları).
Bu qərarlar həm yerli QHT-lər həm də Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlar tərəfindən təqdir edilir və vətəndaş cəmiyyətinin öncəki fəaliyyətinin bərpasına zəminlər yaradıb (Rəylər  əlavə olunur).
Vətəndaş cəmiyyəti təmsilçiləri olaraq bütün gücümüzlə bu cür müsbət dəyişiklərə təkan verməyə çalışırıq. Hökumətlə müzakirələr deməyə əsas verir ki, bu proses artıq davamlı xarakter alıb və mövcud probelmlərin həlli istiqamətində qərarların qəbulu davam edəcəkdir.
Xüsusi olaraq bir daha bəyan edirik ki, indiki mərhələdə, dəyişikliklərə start verildiyi bir vaxtda ölkəmizin MHŞT-də iştirakı vətəndaş cəmiyyətinin inkişafı və gücləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.
 Koalisiya üzvləri"
S/S
Ad, Soyad
Təşkilatın adı (AZ)
1
Sabit Bağırov
İqtisadi və Siyasi Araşdırmalar Mərkəzi
2
Abbasov Alban
Məşəl Əlil və Şəhid Ailələrinin Sosial Dəstək İB
3
Akif Hüseynov
Müasir İnkişaf və Hüquqi Yardım Mərkəzi İB
4
Anar Orucov
Qafqaz Media Tədqiqatlar Mərkəzi
5
Anar Xəlilov
Sağlam İnkişaf və Maarifləndirmə ictimai birliyi
6
Araz Aslanlı
Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi - QAFSAM
7
Arzu Soltan
Fərdi üzv
8
Aslan Vəliyev
Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsi Qərb Regionu üzrə nümayəndəliyi
9
Azər Ələsgərov
"Gənc Şairlərə Dəstək” İctimai Birliyi
10
Balakişiyeva Günel
Gənclərin Elmi İnkişafına Dəstək İB
11
Camal Məmmədov
"Bilik və Maarifçiliyin İnkişafı” İctimai Birliyi (Gəncə)
12
Ceyhun Musaoğlu
"Jurnalist Ekspert Mərkəzi” İB
13
Çingiz Dadaşov
"Demokratik Seçkilərə Dəstək Mərkəzi” İB
14
Dadaşov Telman
"Tərəqqi” Sosial İnkişaf İctimai Birliyi
15
Dadaşova Şərqiyyə
"Regional Gender Mərkəzi "  İctimai  Birliyi
16
Əhməd Abbasbəyli
"Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı" İB
17
Ələsgər Hüseynov
Regional İnkişaf və İnsan Hüquqları İB
18
Əlibəy Zeynalov
"Aran” İnsan Hüquqları Resurs Mərkəzi
19
Əliməmməd Nuriyev
"Konstitusiya" Araşdırmalar Fondu
20
Əliyeva Mehriban
Regional Qadın Təşəbbüsləri İctimai Birliyi
21
Elmidar Əliyev
Fərdi üzv
22
Elşən Nağıyev
Vətəndaş Təşəbbüsləri və İctimai Maarifləndirmə İB
23
Əmənov Cəlal
"Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi
24
Emil Məmmədov
Demokratiyaya Yardım İctimai Birliyi
25
Əsgər Əhməd
" Demokratik Dəyərləri Müdafiə Fondu"
26
Əvəz Həsənov
Humanitar Tədqiqatlar Mərkəzi
27
Fatimat Ağamirzəyeva
Xalça Dünyası Assosiasiyası (Quba şəhəri)
28
Fidan Maqsudova
Müasir Qadın və Cəmiyyət İB
29
Fikrət Yusifov
Ekonomiks Beynəlxalq İqtisadi Araşdırmalar Birliyi
30
Fuad Rəsulov
Fərdi üzv
31
Günay Hüseyn
Demokratiya və Qadın Təşəbbüsləri İB
32
Habil Niftalı
El Gücü Beynəlxalq Humanitar Assosiasiyası İB
33
Həsənov Hafiz
Hüquq və İnkişaf İB
34
Həsənov Rəşad
Sosial Araşdırmalar İB
35
Hətəmov Səməd
"Doğma Yurda Qayıdış" İB
36
Hüseynov Tarverdi
Ekoloji Maarifçilik Mərkəzi İB
37
İlham Şaban
Neft Araşdırmalar Mərkəzi
38
İlqar Hüseynli
Sosial Strateji tədqiqatlar və Analitik Araşdırmalar
39
İradə Yaqubova
"ELS" Müstəqil Araşdırmalar Mərkəzi
40
Irşad Abbasov
Ekoloji-Renesans
41
İsgəndərov Musa
Regional "Qarabağ” Kənd  Təsərrüfatı Assosiasiyası İB
42
İsrayil İsgəndərov
Ümid sosial inkişafa dəstək ictimai birliyi
43
Jalə Cəfərova
Milli Mədəniyyətin Təbliği İctimai Birliyi
44
Kazımov Xalid
Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi
45
Kənan Vəliyev
"DƏYƏR" İnkişaf və Maarifləndirməyə Dəstək İB
46
Kərimli Eyyub
Demokratik İslahatlar Mərkəzi
47
Könül Ağayeva
Rəqəmsal İnkişaf İctimai Birliyi
48
Məhərrəmova Elnarə
"Regionların sosial - iqtisadi inkişafı” İctimai Birliyi
49
Mehriban Vəzir
Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzi
50
Məlahət Mürşüdlü
Azərbaycan Azad Müəllimlər Birliyi
51
Məmmədhəsən Həsənov
Mina Qurbanlarının Sosial-İqtisadi Problemlərinin Həllinə Kömək İctimai Birliyi
52
Məmmədli Nəsimi
Yayımların Monitorinq Mərkəzi İB
53
Mirəli Hüseynov
"Demokratiyanı Öyrənmə" İB
54
Mirvari Qəhrəmanlı
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsi
55
Natiq Hətəmov
"Dalğa” Ekologiya və Təbiətin Qorunması İB
56
Nazim İbadov
"BUTA" Humanitar Uşaq Fondu
57
Nazir Quliyev
Hüquq Dünyası Hüquqi Təbliğat İctimai Birliyi
58
Nərmin Qəribova
"Davamlı Turizmin İnkişafına Dəstək" İB
59
Nəsirov Şaban
" İnsan Haqları - 2003”  İctimai Birliyi
60
Nəsrulla Nurullayev
"Ahıl Ziyalılara Qayğı İB
61
Nicat Dağlar
Jurnalistlərin İqtisadi və Hüquqi Maarifləndirmə Mərkəzi
62
Niftəliyeva Kifayət
"Qadın Dünyası" İctimai Birliyi
63
Novruz Məmmədzadə
"Zəngilan İctimai Birliyi
64
Novruzova Laləndər
Mədəniyyətlərin Təbliği və Xalq Yaradıcılığına Dəstək” İB
65
Nurəddin İsmailov
"Xilaskar” İctimai Birliyi
66
Osman Gündüz
Multimedia Mərkəzi
67
Qadir İbrahimli
"Güzəran” Sosial Araşdırmalar Mərkəzi
68
Qənimət Məmmədov
Gənc Nəslin Maarifləndirilməsi" İB
69
Quliyev Zaur
Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı İB
70
Razi Nurullayev
"Region" Beynəlxalq Analitik Mərkəz (RBAM)
71
Rəfail Becanov
İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi
72
Şahin Nəsrullayev
"Free Person" İnsan Hüquqlarını Müdafiə Cəmiyyəti
73
Rövşən Novruzov
Gəncə Uşaq Fondu
74
Ruhəngiz Hüseynova
"Qadınlar Arasında Həmrəylik” İctimai Birliyi
75
Ruslan Atakişiyev
İqtisadi Resursların Öyrənilməsi Mərkəzi İB
76
Ruslan Xəlilov
Jurnalist Təşəbbüsləri Mərkəzi
77
Rzazadə İradə
Vətəndaşların Sosial Rifahı Naminə İB
78
Sadiq Həsənov
Sağlam həyata doğru” ekoloji ictimai birliyi
79
Sahib Məmmədov
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası
80
Şamil Mövsümov
Fərdi üzv
81
Samir Həsənov
"Ulduz" Elektron Təşkilatı
82
Səbinə Ələkbərova
"Gənc Liderlər" Təhsil, Təlim və İnkişaf İB
83
Səidə Hüseynova
Media və Təhsil İnnovasiyaları Mərkəzi İB
84
Sevil Allahverdiyeva
Qadın Problemlərinin Tədqiqatları mərkəzi
85
Sevil Yüzbaşeva
Eko - Aləm İctimai Birliyi
86
Şükür İzzətoğlu
Regional İnsan Hüquqları və Sosial Araşdırmalar Mərkəzi
87
Taleh Əliyev
Vətəndaş Cəmiyyəti İnstitutu İctimai Birliyi
88
Telman Məlikzadə
"Gənclərin Sosial-Mədəni İnkişafına Yardım" İctimai Birliyi
89
Rafiq Təmrazov
Bərabər İmkanlar Mərkəzi İB
90
Teymur Kəsəmənli
"Gen mühəndisliyi ilə bağlı maarifləndirmə” ictimai birliyi
91
Vüqar Bayramov
İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM)
92
Vüsalə Hüseynova
Demokratik İslahatçı Gənclər İctimai Birliyi
93
Zaur İbrahimli
Fərdi üzv
94
Bakir (Qasım) Həsənbəyli
Sosial Tərəqqiyə Dəstək İctimai Birliy

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun