Mehriban Əliyeva deputat mandatından imtina edir

Mehriban Əliyeva deputat mandatından imtina edir
6 Mart 2017
Mətni dəyiş
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva deputat mandatına xitam verilməsi üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.
Modern.az-ın xəbərinə görə, MSK-nın bu gün keçiriləcək iclasında həmin müraciətə baxılacaq və qərar veriləcək.
Mehriban Əliyeva 2015-ci il V çağırış Milli Məclisə seçkilərdə14 saylı Xəzər seçki dairəsindən deputat seçilib. Bu ilin fevralın 21-də Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə isə M.Əliyeva Birinci vitse-prezident vəzifəsinə təyin edilib.
Xatırladaq ki, Azərbaycan Konstitusiyasının 89-cu maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda parlament üzvlüyündən istefa verməlidir. Həmin şəxs bunun üçün MSK-ya müraciət etməli, MSK isə bu müraciətə 2 ay müddətində baxıb, deputatın mandatına xitam verilməsi ilə bağlı qərar verməlidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun