Mehman Hüseynovun şikayəti təmin olunmayıb

Mehman Hüseynovun şikayəti təmin olunmayıb
15 Mart 2017
Mətni dəyiş
Bakı Apelyasiya Məhkəməsində bloger Mehman Hüseynovun ölkədən çıxışına qoyulan qadağa ilə bağlı apelyasiya şikayətinə baxılıb.
Azadliq.info-nun məlumatına görə, hakim şikayəti təmin etməyib.
Vəkil Elçin Sadıqov Avropa Məhkəməsinə müraciət edəcəklərini bildirib.
Mehman Hüseynov yanvarın 9-da axşam saatlarında saxlanmışdı. Polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılan bloqqer bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılmışdı.
Xatırladaq ki, Daxili İşlər Nazirliyi bloqqerə polisdə işgəncə verilməsi ilə bağlı deyilənləri əsassız sayıb onu məhkəməyə vermişdi.
Martın 3-də Suraxanı rayon məhkəməsi Mehman Hüseynovu CM-nin 147.2-ci maddəsilə təqsirli bilərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib. Bloqqer məhkəmə zalında həbs olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun