Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündən (EITI) çıxmaqla Azərbaycanı nə təhlükə gözləyir?

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündən (EITI) çıxmaqla Azərbaycanı nə təhlükə gözləyir?
11 Mart 2017
Mətni dəyiş
Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT, ingiliscə EITI) neft, qaz və başqa mineral resursların hasilatında açıq idarəetmə və hesabtlılıq təbliğ edən təşkilatdır.
Təşkilatın Boqotada baş tutan növbəti yığıncağında Azərbaycanın üzvlükdən çıxarılması ilə bağlı qərar qəbul edilib. Analoji qərar, Tacikistan, Qırğızıstan və Solomon adaları üçün verilib.
Təhlükə, 2003-cü ildə təşəbbüsə ilk qoşulan ölkələrdən biri olan Azərbaycanın başı üzərindən Damokl qılıncı asılmaqla 2015-ci ildən başlayıb.
Eyni ildə (2015) ölkənin statusu tam üzvdən nümayəndəliyə düşüb. Səbəbi isə sivil cəmiyyətin müzakirələrə qoşulması ilə bağlı ölkənin laqeyd münasibəti olub.
Hər şeydən öncə bu, azad qeyri-hökumət təşkilatlarının maliyyələşdirilməsi üçün pulsuz keçid və ictimai müzakirələrə imkanlar təmin etmək demək idi.
İndi isə yeni bir hesabat: "İdarə heyəti Azərbaycanın fəaliyyətini dayandırmaq qərarına gəlib. Bu, ölkənin sivil cəmiyyət üçün əlverişli şərtlər yaratmamasından irəli gəlir. Nəticədə, Təşəbbüsün geniş miqyaslı tərəfdaşların cəlb olunması tələbləri pozulur."
Azərbaycan isə cavabında (MSŞT-da ölkəni dövlət neft fondu ARDNF təmsil edirdi) prosesdən tamamilə çıxdığını elan edib. Bu həm də təşkilat ilə qeyri-əməkdaşlıq və üzvlüyün bərpasından da imtina etmək deməkdir.
Dövlət Neft Fondunun rəhbəri Şahmar Mövsümovun sözlərinə əsasən, Azərbaycan MSŞT-n tələblərini yerinə yetirib və buna görə də qərar ədalətsizdir.
"Biz şuranın Təşəbbüsdə Azərbaycanın iştirakını dayandırmaq qərarını ədalətsiz hesab edirik. Hazırda MSŞT, öz ilkin mandatından - hasilat sənayesində şəffaflığın və hesabatlılığın təmin edilməsi istiqamətindən xeyli uzaqlaşmışdır," o bildirib.
ARDNF-n rəhbəri əlavə edib ki, Azərbaycan bundan sonra da hasilat sənayesindən əldə etdiyi gəlirlərlə bağlı bütün məlumatları dərc etməyə davam edəcək, lakin, qərar dərhal qüvvəyə minəcək.
Mədən Sənayesində Şəffaflığın artırılması üzrə Azərbaycanın QHT Koalisiyasının üzvü Sabit Bağırov, mübahisələrin bir neçə səbəbini açıqlayıb.
Onun sözlərinə görə, MSŞT, donorların və qrantların fəaliyyəti ilə bağlı azad şəraitin təmini ilə bağlı Azərbaycan qanunvericiliyinə dəyişikliklər edilməsini istəyib. Hökumət, subsidiyalar və donorların qeydiyyat sistemini sadələşdirsə də, MSŞT bu tədbirləri qeyri-kafi hesab edib.
Mütəxəssislər düşünür ki, zərər, yalnız dövlətin imici ilə bağlı deyil, həm də maddi olacaq və olduqca hiss olunacaq.
Azərbaycana "pul daha baha veriləcək"
REAL müxalif hərəkatının nümayəndəsi Natiq Cəfərli də Bağırovun sözləri ilə razıdır. O bildirib ki, çətin vəziyyət Azərbaycanın investisiya və kredit reytinqinə mənfi təsir göstərir.
Əlbəttə ki, Azərbaycana təqdim olunan beynəlxalq kreditlər dayanmayacaq, lakin, borc götürmə şərtləri daralacaq və çətinləşəcək və pul ölkəyə daha baha veriləcək.
Məsələn, Avropa Yenidənqurma və İnkişaf Bankı keçən il, Cənub qaz dəhlizinin yaradılması imkanı ilə bağlı məlumat yaymışdı. Bu çoxmilyardlıq layihə, Azərbaycan qazının Avropa bazarlarına çıxmasına şərait yaradacaqdı. Lakin, yalnız MSŞT statuslu ölkələr bundan yararlana bilər.
Çox güman ki, ARDNF-n icraçı direktoru Mövsümov ölkənin çıxışını bəyan etdikdən sonra, Təşəbbüsün 2017-ci ilin iyul ayına planlaşdırılan tələblərə uyğunluq qiymətləndirilməsi təxirə salınacaq.
Azərbaycan MSŞT-n şərtlərini yerinə yetirməkdən boyun qaçıraraq, Təşəbbüsün çıxarılma ilə bağlı qərarını gözləmək istəmədi.
MSŞT Beynəlxalq heyətinin və Boqotadakı görüşün nümayəndələrindən biri olan Qubad İbadoğlunun sözlərinə əsasən, Azərbaycan ilə bağlı müzakirələr iki gün çəkib.
Bundan başqa, Azərbaycan nümayəndə heyəti münaqişə maraqlarının qarşısının alınması ilə bağlı müzakirələrdə iştirak etməyib.
"Hesab edirəm ki, qurumu tərk etmək, imic və reytinqdən başqa, ölkədə onsuz da pis olan investisiya mühitini daha da pisləşdirə bilər. Bundan başqa, ölkənin və mədən sənayesində fəaliyyət göstərən milli şirkətlərin kredit reytinqi aşağı salına, beynəlxalq maliyyə kredit təşkilatlarından borc almaq işi çətinləşə bilər. Çox şübhəsiz ki, şəffaflıq təşəbbüsündən kənarda qalmaq həm də digər vacib göstəricilərə - korrupsiya qavrama indeksinə, açıq büdcə indeksinə və yaxşı idarəetmə göstəricilərinə neqativ təsir göstərəcək," Qubadoğlu deyib və əlavə edib ki, hazırkı vəziyyətdə emosional hisslərə yer yoxdur. O düşünür ki, ölkənin mövqeyi islahatlara yönəlik daha konstruktiv olmalıdır.
Boqotada baş tutan eyni görüşdə Ermənistan, təşkilatın 52-ci üzvü kimi MHŞT-ə qəbul edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun