6 Mart 2017
Mətni dəyiş
İsrailin Nazirlər Kabineti marixuanadan istifadə edən şəxslərin cinayət məsuliyyətindən azad olunması barədə qərarı dəstəkləyib.
İctimai Təhlükəsizlik və Ədliyyə Nazirliyi tərəfindən irəli sürülən təklifə görə, ictimai yerdə marixuanadan istifadə edən şəxs cinayət məsuliyyətinə cəlb olumaq yerinə cərimələnəcək. Cərimə 270 dollar təşkil edəcək.
Təkrar yaxalanan şəxsin cəriməsi iki dəfə artacaq. Üçüncü dəfə yaxalanan şəxs bir müddət rəhbərliyinin nəzarətində qaldıqdan qısa müddət sonra tamamilə azad olunacaq.
Yalnız 4-cü dəfə yaxalanan həmin şəxsə qarşı cinayət işi qaldırılacaq.
Cərimələrdən əldə olunan gəlir narkomaniya məsələləri proqramlarına sərf olunacaq.
İsrail Yaxın Şərqdə marixuanadan istifadəyə görə cinayət məsuliyyətinə cəlb olunması qərarını ləğv edən ilk ölkədir.
Bu ölkə marixuananın tibb sahəsində istifadə olunmasının öyrənilməsində dünya lideri sayılır.
Yerusəlimdə (Qüdsdə) yerləşən Europe University-nin professoru Raphael Mochoulamın sözlərinə görə, bu maddənin (kannabis) üstünlüyü kimyəvi olduğu kimi, farmaloji nöqteyi nəzərindən də öyrənilir.
İsrailin Səhiyyə Naizrliyinin rəsmi məlumatına görə, ölkədə 25 min insanın tibbi marixuana almaq hüququ var.
Onların çoxu onkoloji xəstəlikdən əziyyət çəkir. Bu dərmanı yazan həkimlərin firkincə, kannabis müvvəqqəti olaraq ağrını və əsəb gərginliyini aradan qaldırır.
Həkim-psixiatrların tövsiyyəsi ilə marixuananı çəkənlər də var. Ölkədə gərgin hallar nadir hadisə olmadığına görə, insanlar tez-tez psixiloji yardım almaq üçün həkimə müraciət edirlər.