İlqar Məmmədovun səhhəti ağırlaşıb: Yerimək və hətta danışmaq əziyyət verir

İlqar Məmmədovun səhhəti ağırlaşıb: Yerimək və hətta danışmaq əziyyət verir Foto: sosial media
22 Mart 2017
Mətni dəyiş
Həbsdə olan REAL sədri İlqar Məmmədovun səhhətində ciddi problemlərin yarandığı deyilir. Bu barədə Realın icra katibi Natiq Cəfərli məlumat yayıb.
Abzas.net xəbər verir ki, bu gün İlqar Məmmədov yaxınlarına zəng edib səhhətindəki problemlərlə bağlı məlumat verib.
Nqtir Cəfərlinin açıqlamasına görə, siyasi məhbusun ciddi bel və əzələ ağrıları var, yerimək, hətta danışmaq belə ona əziyyət verir.
"Təcili olaraq xarici həkimlərin onu ziyarət etməsini istədi, biz də artıq həm "Qırmızı Xaç", həm də əlaqədar digər təşkilatlara İlqarın durumunu və həkim tələbini çatdırdıq. Onsuz da bayram havası hiss edilmirdi, indi qanımız lap qaraldı..." - deyə Realın icra katibi bildirib.
İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. O, 7 il azadlıqdan məhrum edilib.
Apelyasiya Məhkəməsi hökmü ədalətli saysa da, 2015-ci ilin oktyabrında Ali Məhkəmə kassasiya şikayətinə baxaraq, işi təkrar baxılmaqdan ötrü Şəki Apelyasiya Məhkəməsinə göndərmişdi.
2015-ci ilin əvvəlində Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) İ.Məmmədovun şikayətini təmin edərək, onun azadlığa buraxılması barədə qərar qəbul edib.
Avropa Şurası Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hökumətini Strasburq məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb. Ancaq bu il aprelin 29-da Şəki Apelyasiya Məhkəməsi əvvəlik hökmü qüvvədə saxladığından İ.Məmmədov azadlığa buraxılmayıb. Ali Məhkəmə də bu qərardan verilən kassasiya şikayətini təmin etməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun