Martın 28-də müdafiə naziri Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.
Abzas.net xəbər verir ki, prezident, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyevin bir qrup yüksək rütbəli hərbi qulluqçunun ehtiyata və istefaya buraxılması ilə bağlı müvafiq sərəncamı şəxsi heyətə çatdırılıb.
Silahlı Qüvvələrdə uzunmüddətli qüsursuz xidmətləri, ölkənin müstəqilliyi, ərazi bütövlüyünün qorunub saxlanılmasında və hərbi xidmətdə xüsusi xidmətlərinə görə müdafiə nazirinin əmri ilə hərbi qulluqçular qiymətli hədiyyə ilə mükafatlandırılıblar.
[caption id="attachment_29586" align="alignnone" width="1000"]
28 mart 2017, Müdafiə Nazirliyində müşavirə[/caption]