Elmar Hüseynov məzarı başında anıldı - [Fotolar]

Elmar Hüseynov məzarı başında anıldı - [Fotolar]
2 Mart 2017
Mətni dəyiş
Bu gün tənqidçi jurnalist, "Monitor" jurnalının təsisçisi və baş redaktoru Elmar Hüseynov qətlə yetirilməsinin ildönümü ilə əlaqədar bu gün məzarı başında anılıb. 
Abzas.net xəbər verir ki, anım mərasimində mərhumun yaxınları, yazarlar, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərhum jurnalistin dostu Şahbaz Xuduoğlunun aparıcılığı ilə keçən tədbirdə Müsavat başqanı Arif Hacılı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər, “Turan” agentliyinin baş redaktoru Mehman Əliyev, Milli Şura sədri Cəmil Həsənli, AXCP sədri Əli Kərimli və digərləri çıxış ediblər.
Çıxışçılar 12 il keçməsinə baxmayaraq hələ də qətlin üstünün açılmadığını, istintaq işinin aparılmadığını və hakimiyyətin buna görə məsuliyyət daşıdığını vurğulayıblar.
Bundan əlavə, ölkədə müstəqil mətbuatın və vətəndaş cəmiyyətinin hələ də basqılara və repressiyalara məruz qaldığını qeyd ediblər.
Xatırladaq ki, tənqidçi "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci il martın 2-də yaşadığı mənzilin önündə güllələnərək qətlə yetirilib.
Qətlin sifarişçiləri və icraçıları hələ də həbs edilməyib. Jurnalistin həyat yoldaşı və azyaşlı oğlu onun ölümündən sonra Norveçə mühacirət ediblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun