Daha bir qurum Mehman Hüseynovun azadlığa buraxılmasını tələb edib

Daha bir qurum Mehman Hüseynovun azadlığa buraxılmasını tələb edib
7 Mart 2017
Mətni dəyiş
Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsi (VCMK) bloger Mehman Hüseynovun azadlığa buraxılmasını, hərtərəfli təhqiqat aparılmasını və yanvarın 9-da onu oğurlayanların, fiziki və mənəzi əziyyət verənlərin cəzalandırılmasını tələb edib.
VCMK-nın bəyanatında qeyd olunur ki, martın 3-də Suraxanı Rayon Məhkəməsi Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri, bloger Mehman Hüseynovu CM-in 147-ci (ağır cinayət haqqında böhtan) maddəsi ilə 2 il azadlıqdan məhrum edib. Məhkəmə yanvarın 9-da polis tərəfindən oğurlandıqdan sonra işgəncələrə məruz qalması barədə M.Hüseynovun bəyanatını böhtan hesab edib.
Qərar blogerin günahı sübut edilmədən çoxsaylı prosessual pozuntularla çıxarılıb. Məhkəmə çəkişmə prinsipini pozub, xüsusi ittihamçının gəlişini, müdafiə tərəfinin vəsatətlərindən heç birini təmin etməyib.
Məhkəmə iclasının gedişi və Mehman Hüseynovun həbsinin əsaslı olması barədə ölkə prezidentinin köməkçisi Əli Həsənovun bəyanatı bu işin siyasi motivli olduğunu göstərir və Azərbaycanda söz azadlığına qarşı repressiyaların, insan haqlarının pozulmasının  daha bir təzahürüdür, bəyanatda bildirilir

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun