Bu gün Astara-Astara dəmir yolu xəttinin rəsmi açılışı olacaq

Bu gün Astara-Astara dəmir yolu xəttinin rəsmi açılışı olacaq
6 Mart 2017
Mətni dəyiş
Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində inşa edilən Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu xəttinin bu gün rəsmi açılışı olacağı gözlənilir.
"Report" xəbər verir ki, martın 3-də iki ölkənin dəmir yolları şəbəkəsini birləşdirən dəmiryolu xətti ilə Azərbaycandan İrana ilk sınaq qatarı gedib. Həmin tədbirdə hər iki şəhərin icra başçıları, sərhəd zastavalarının rəhbərləri də iştirak ediblər.
Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi haqqında razılaşma Rusiya, İran və Hindistan arasında 2000-ci il sentyabrın 12-də Sankt-Peterburq şəhərində bağlanıb. Azərbaycan isə sazişə 2005-ci ildə qoşulub.
Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələri, Rusiya, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. Şimal-Cənub dəhlizi ilə ilkin olaraq ildə 6 mln. ton yük daşınması planlaşdırılır. Sonrakı illərdə bu həcmin 15-20 mln. tona çatacağı proqnozlaşdırılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun