Britaniya mətbuatı: Azərbaycanın EİTİ-dən çıxmasına bank və şirkətlərin reaksiyası

Britaniya mətbuatı: Azərbaycanın EİTİ-dən çıxmasına bank və şirkətlərin reaksiyası
12 Mart 2017
Mətni dəyiş
"Financial Times" yazır ki, Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Beynəlxalq Təşəbbüsündən (EİTİ) çıxması onun Avropanın qaz təchizatı üçün kəmər çəkilişindəki payı üçün milyardlarla dollarlıq kredit almaq perspektivlərini ciddi əngəlləyə bilər.
Bakı, dünya hökumətlərinin və şirkətlərinin təmsilçilərindən ibarət EİTİ (Extractive Industries Transparency Initiative) qrupunu, təşkilat Azərbaycanın bu qurumdakı fəaliyyətini dayandırdıqdan sonra tərk edib.
Məqalədə deyilir ki, Azərbaycanın təşəbbüsdəki fəaliyyətinə onun vətəndaş cəmiyyəti azadlığı ilə bağlı narahatlıqlara cavab verməməsi olub.
"Financial Times" yazır ki, Azərbaycanın qurumu tamamilə tərk etmək qərarı ölkənin 46 milyard dollarlıq Cənub Qaz Dəhlizi layihəsindəki iştirakını risk altında qoyur. Beləki, Azərbaycan bu layihədəki payını ödəmək üçün kredit almaq niyyətindədir, amma indi ona bu borcu verməyə bilərlər.
Məqalədə deyilir ki, Dünya Bankı bu layihənin payçılarından olan BP şirkətinə 400 milyon dollarlıq kredt verib və hazırda Avropa Yenidənqurma və İnkişaf Bankı da kreditin verilməsi üçün danışıqlar prosesindədir.
Bu üç təşkilatın üçü də, başqa 100-dək şirkət və maliyyə qurumu ilə yanaşı EİTİ üzvüdürlər.
EITI könüllü təşkilat olsa da, Bakının qurumu tərk etmək qərarı qaz kəmərinin sponsorlarını kommersiya maraqları ilə təşəbbüsün şəffaflıq və yaxşı idarəçilik prinsiplərinə əməl etmək seçimi qarşısında qoyacaq.
Lakin Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümçov deyib ki, Azərbaycanın qurumdakı fəaliyyətinin dayandırılması barədə qərar ədalətsiz olub.
O əlavə edib ki, EİTİ üzvülüyü ilə Cənubi Qaz Dəhlizi üçün maliyyə əldə edilməsi arasında birbaşa əlaqə yoxdur.
"Biz prinsipləri yox, təşkilatı tərk edirik. Azərbaycan mədən sənayesində şəffaflıq və hesabatlılıq prinsiplərini tərk etmir. Biz neft gəlirlərimiz barədə bütün materialları açıqlamaqda davam edəcəyik" - deyib Mövsümov.
Banklar və şirkətlər nə düşünür?
[caption id="attachment_27923" align="alignnone" width="624"] EİTİ vətəndaş cəmiyyəti mühitinin yaradılmasına nail olmadığına görə Azərbaycanın qurumdakı fəaliyyətini dayandırıb[/caption]
AYİB Bakının EİTİ-dən çıxmaq qərarını şərh edərkən bildirib ki, təşkilatın hər hansı layihəyə vəsait qoyub-qoymamaq qərarını qəbul etmək üçün öz daxili prosesləri var.
BP şirkəti isə Azərbaycanın EİTİ-dəki fəaliyyətinin dayandırılması qərarından məyusluğunu bildirib. Şirkətin rəyinə görə Azərbaycan ondan tələb olunan sahələr üzr irəliləyişə nail olmuşdu.
"Lakin biz həm də Azərbaycanın EİTİ-dən çıxmaq qərarından məyusuq. Biz inanırıq ki, EİTİ şurasının qərarı və onun nəticəsi heç bir tərəfin marağında deyildir" - deyilir şirkətin açıqlamasında.
Dünya Bankı bildirib ki, "Azərbaycanın neft gəlirlərinin idarə olunması və bütünlükdə mədən sənayesindəki şəffaflığın təminatı üçün təmiz, açıq və şəffaf çərçivə yaratmaq cəhdlərini dəstəkləməkdə davam edəcək".
"Financial Times" yazır ki, enerji ilə zəngin Azərbaycanı son 50 ildə eyni ailə idarə edib.
Məqalədə deyilir ki, prezident İlham Əliyev özünü Xəzər hövzəsində Rusiyanın təsirinə qarşı Qərbin müttəfiqi kimi təqdim etməyə çalışsa da, ölkə müxalifət və fərqli düşüncənin əzişdirilməsi də daxil insan haqlarının pozulmasına görə tənqid edilir.
Ötən cümə axşamı Boqotada keçirilən iclasında EİTİ şurası vətəndaş cəmiyyəti mühitinin yaradılmasına nail olmadığına görə Azərbaycanın qurumdakı fəaliyyətini dayandırıb. Buna cavab olaraq Azərbaycan EİTİ-ni ümuimiyyətlə tərk etmək qərarına gəlib.
Ötən oktyabrda EİTİ Azərbaycana "QHT-lərin fəaliyyətini demək olar mümkünsüz edən qanunlarına yenidən baxmaq üçün 4 ay vaxt vermişdi.
EİTİ bildirib ki, Azərbaycanın qurumdakı fəaliyyəti məhz bu sahədə tərəqqi etmədiyinə görə dayandırılıb.
EİTİ Bakını "saxta ittihamlarla həbs, mühakimə və məhkum edilmiş məhbusların azad edilməsinə çağırırdı".
EİTİ-nin oktybar tələblərinə cavab olaraq Azərbaycan özünün iki qanununu dəyişmişdi. Bunlar QHT-lərin qeydə alınması və maliyyələşdirilməsinə aid qanunlar idi. Lakin Bakı vətəndaş cəmiyyətini ictimai müzakirələrdən məhrum edən qanunu dəyişmədən saxlamışdı.
Human Rights Watch təşkilatının Qafqaz üzrə direktoru Giorgi Qogiya deyib ki, Azərbaycan ölkənin vətəndaş cəmiyyətini sistematik qaydada dağıtmaqla məşğuldur.
Human Rights Watch EİTİ şurasını Azərbaycanı qurumdan çıxarmağa səsləyən 22 təşkilatdan biri idi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun