Brexit-in təhlükələri: Korporativ banklar radikal dəyişikliklər gözləyir

Brexit-in təhlükələri: Korporativ banklar radikal dəyişikliklər gözləyir
10 Mart 2017
Mətni dəyiş
Saxo Payments bildirib ki, Böyük Britaniyanın Avropa İttifaqı tərkibindən çıxması banklar və şirkətlər arasında qarşılıqlı münasibətə sarsıdıcı nəticələr verə bilər.
Banker.az maliyyə portalının verdiyi məlumata görə, bankın müştərisi olan şirkətlərin üçdə biri öz əməliyyatlarını Böyük Britaniyadan Aİ-nın digər bir ölkəsinə köçürmək barədə düşünür. Bu haqda məlumatı isə, Saxo Payments şirkətinin yaradıcısı və baş icraçı direktoru Anders la Kur Haaqada (Hollandiya) keçirilən ödənişlərlə bağlı sammitdə qeyd edib.
Respondentlərin yarısı bildirib ki, Böyük Britaniya Aİ-nın tərkibindən çıxar-çıxmaz öz maliyyə partnyorlarını dəyişəcəklər.
Bankın korporativ müştərilərinin 37%-i isə bildirib ki, beynəlxalq köçürmələr üçün yalnız 1 bankın xidmətləri ilə kifayətlənməyə hazırdırlar. Hazırda isə onlar 5 və yaxud daha çox bank ilə əməkdaşlıq edir.
Korporativ müştərilərin 60%-isə qeyd edib ki, transsərhəd ödənişlər üçün vahid platformanın xidmətlərindən istifadə etmək istərdilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun