Vitse-prezidentlərlə bağlı qanun dəyişikliyi edilir

Vitse-prezidentlərlə bağlı qanun dəyişikliyi edilir
13 Mart 2017
Mətni dəyiş
Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlərin toxunulmazlığı, hüquqları və digər məsələlərlə bağlı qanunvericiliyə müəyyən dəyişiklik edilə bilər.
Abzas.net xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.
Z. Əsgərovun sözlərinə görə, hətta ola bilsin ki, Konstitusiyanın tələblərinə uyğun olaraq ayrıca qanun da qəbul edilə bilər:
“Yaxud birinci vitse-prezident və ya vitse-prezident barədə Prezident İlham Əliyevin fərmanı ilə təsdiq olunan əsasnamə də ola bilər”.
Qeyd edək ki, bir müddət əvvəl prezidentin sərəncamı ilə Mehriban Əliyeva ölkənin Birinci vitse-prezidenti vəzifəsinə təyin olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun