Beyləqanda AXCP fəalı polisə aparılıb

Beyləqanda AXCP fəalı polisə aparılıb
7 Mart 2017
Mətni dəyiş
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Beyləqan təşkilatının gənc fəalı Ayət İsmayıl martın 6-da evindən polisə aparılıb. Bu barədə Turan-a  AXCP sədrinin müavini Gözəl Bayramlı bildirib. Onun sözlərinə görə, A.İsmayıl bir qədər sonra evə buraxılıb. Amma polis şöbəsində onun martın 7-də yenidən şöbəyə gəlməsi tələb edilib. “Hələ ki, polisdən çıxması barədə hər hansı informasiya almamışıq”, - G.Bayramlı qeyd edib. Xatırladaq ki, son bir ayda AXCP-nin 10-a yaxın gənc fəalı inzibati cəza alıb, hüquq-mühafizə orqanları bu gəncləri hüquqpozmalarda ittiham etsələr də AXCP gənclərin siyasi fəallığa, sosial şəbəkələrdə hakimiyyətə tənqidi münasibətlərinə görə cəzalandırıldıqlarını bildirir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun