Bakının birinci mikrorayonunda söküləcək binaların sayı açıqlanıb

Bakının birinci mikrorayonunda söküləcək binaların sayı açıqlanıb
15 Mart 2017
Mətni dəyiş
"Bakı şəhərini­n 1-ci mikrorayonunda həyata keçiriləcək yenidənqurma işləri üzrə aparılan ilkin araşdırmalara görə, həmin ərazidə 34 bina söküləcək". 
"Report" xəbər verir­ ki, bunu Fövqəladə H­allar Nazirliyi yanın­da Tikintidə Təhlükəs­izliyə Nəzarət Dövlət­ Agentliyinin rəis mü­avini Elxan Əsədov bu gün keçirilən mətbua­t konfransında bildir­ib.
O deyib ki, yeni tikilən binaların sayı isə 30-u keçməyəcək və bir-iki blokdan ibarət olacaq: "Yəni mərtəbələrində sayı artacaq. Boş ərazilərdə park salınacaq və insanların ümumi istifadəsində olan ərazilər artacaq, yaşıllıq sahələri genişlənəcək. Yenidənqurma işlər çərçivəsində həmin ərazidən 1729 ailə köçürüləcək".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun