3 Mart 2017
Mətni dəyiş
Azərbaycan və Avropa Birliyi arasında strateji tərəfdaşlıq sazişi üzrə danışıqlar başlayıb.
Trend-in məlumatına görə, bu barədə jurnalistlərə AB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.
M.Mard qeyd edib: "Biz hazırda növbəti raunda hazırlaşırıq. Ümid edirəm ki, bu, tezliklə baş tutacaq".
Ermənistan və Azərbaycan qoşunlarının qarşıdurma xəttindəki gərginliyə toxunan səfir status-kvonun qəbuledilməz olduğunu bildirib və ATƏT-in Minsk qrupunun fəaliyyətinə dəstək verdiyini qeyd edib.