Azərbaycanda Maliyyə Savadlığı Şurası yaradılır

Azərbaycanda Maliyyə Savadlığı Şurası yaradılır
7 Mart 2017
Mətni dəyiş
Azərbaycan Banklar Assosiasiyası (ABA) bütün üzv təşkilatlara Maliyyə Savadlığı Şurasının yaradılması təklifi ilə müraciət edib. Şuraya üzv olmaq istəyən banklar bununla bağlı onlara ünvanlanan məktuba martın 10-dək cavab verməlidir. 
Bu barədə "Report" bank dairələrinə istinadən xəbər verir.
"ABA maliyyə savadlığı ilə bağlı fəaliyyətini əsasən törəmə qurumu olan Azərbaycan Bank Tədris Mərkəzi (ABTM) vasitəsilə həyata keçirir. Maliyyə savadlığı ilə əlaqədar planlaşdırılan işlərin birgə müzakirəsi və koordinasiyası məqsədilə ABA-nın nəzdində üzv təşkilatların rəhbərliyindən ibarət (İdarə Heyəti üzvləri və s.) Maliyyə Savadlığı Şurasının yaradılması nəzərdə tutulur", - deyə məktubda qeyd olunub
Şuranın fəaliyyətinin əsas istiqamətləri, üzvlərlə birlikdə ABTM-in direktoru Cavanşir Abdullayevin iştirakı ilə müəyyən ediləcək. Şura bu sahədə ideyaların, məlumatların və təcrübələrin müzakirə olunduğu platforma rolunda çıxış edəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun