25 Mart 2017
Mətni dəyiş
Bu ilin yanvar-fevral aylarında Azərbaycana 15 834,12 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.
Dövlət Gömrük Komitəsindən "Report"a verilən məlumata görə, bu, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 1401,78 min dollar yaxud 8,85% çoxdur.
Nəticədə, iki ay ərzində ölkəyə idxal olunan tütün və tütün məmulatları ümumi idxalın 1,63%-ni təşkil edib.
Hesabat dövründə Azərbaycandan 2 567,67 min dollar məbləğində tütün və tütünün sənaye əvəzediciləri ixrac edilib ki, bu da əvvəlki il ilə müqayisədə 47,81 min dollar yaxud 1,83% azdır.
Tütün və tütün əvəzedicilərinin ixracı ölkənin ümumi ixracının 0,11%-nə bərabər olub.