Azərbaycan və İran Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə başlayır

Azərbaycan və İran Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə başlayır
31 Mart 2017
Mətni dəyiş
Azərbaycan və İran yaxın vaxtlarda Rəşt-Astara dəmir yolunun tikintisinə başlayacaq.
"Report"un verdiyi xəbərə görə, bunu İran prezidenti Həsən Ruhani Gilyan əyalətində jurnalistilərə verdiyi açıqlama zamanı bildirib.
İran prezidenti Rəşt-Astara dəmir yolu xəttinin əhəmiyyətindən danışıb və qeyd edib ki, bu yaxınlarda Moskvaya səfəri zamanı Rusiya rəsmiləri ilə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi layihəsini müzakirə ediblər.
H.Ruhaninin sözlərinə görə, Qəzvin-Rəşt dəmir yolunun da tikintisi yekunlaşma mərhələsindədir: "Bu layihənin martın 20-də başlayan İranın cari təqvim ili ərzində istismara verilməsi gözlənilir".
Qeyd edək ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin tam şəkildə fəaliyyət göstərməsi üçün Azərbaycan İranın Astaradakı dəmir yolu obyektlərinin inkişafına 60 mln. avro sərmayə yatırmağı planlaşdırır.
Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xətti Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirən Şimal-Cənub dəhlizinin bir hissədir. Bu, xətt eyni zamanda Azərbaycan, İran və Rusiya dəmir yollarını da birləşdirir.
İlkin mərhələdə bu dəhliz vasitəsilə ildə 6 mln. ton yük, növbəti illərdə isə 15-20 mln. ton yük daşınması planlaşdırılır. Yüklər Hindistan, Fars körfəzi, İran, Azərbaycan, Rusiya ərazisindən keçəcək və Skandinaviya ölkələri və Şimali Avropaya doğru 14 gün ərzində hərəkət edəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun