27 Mart 2017
Mətni dəyiş
"Azərbaycan və Ermənistan prezidentlərinin görüşü üçün uyğun şəraitin yaradılması üzrə müəyyən işlər görülür."
"Report" xəbər verir ki, bu barədə bu gün jurnalistlərə açıqlamasında ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Riçard Hoqland bildirib.
"Bilirsiniz ki, Moskvada xarici işlər nazirləri ayrıca görüşlər keçiriblər. Hesab edirik ki, yaxın gələcəkdə - bir ay sonra yox, daha tez müddətdə XİN başçıları prezidentlərin görüşünü təşkil etmək üşün Moskvada görüşəcəklər", - R.Hoqland vurğulayıb.