İqtisadçı Qubad İbadoğlu dünyada və Azərbaycanda minimum əməkhaqqını müqayisəli təhlil edib.
O, bildirir ki, Azərbaycan əhalisinin sosial vəziyyətinin pisləşməsinin səbəblərindən biri də orta aylıq, minimum əməkhaqqı və pensiyaların aşağı olması ilə əlaqədardır. İqtisadçının fikrincə, elə bu səbəbdən də ildən-ilə əksər ailələrdə bayram əhval ruhiyyəsi müşahidə olunmur:
ƏN YÜKSƏK LÜKSEMBURQDA
"Minimum əməkhaqqı hər bir ölkədə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Bu normativ işləyənləri aşağı əməkhaqqı ödənişindən qorumaq məqsədilə tətbiq edilir. Bu normativ adətən işləyənin fizioloji tələbatlarının minimum səviyyəsini qarşılayacaq qədər müəyyənləşdirilir. Son məlumatlara görə, Avropada ən yüksək minimum əməkhaqqı Lüksemburqda (2000 avro), İrlandiyada (1563 avro), Hollandiyada (1552 avro), Belçikada (1532 avro) və Almaniyadadır (1498 avro)".
İqtisadçı vurğulayır ki, bu məkanda yerləşən və hazırda Avropa Birliyinin üzvü olan keçmiş sosialist ölkələrinin bir çoxunda isə minimum əməkhaqqı 500 avrodan aşağıdır:
AVROPADA ƏN AZ BOLQARISTANDADIR