30 Mart 2017
Mətni dəyiş
ABŞ-ın Azərbaycan vətəndaşlarına aid viza ilə bağlı tələblərində heç bir dəyişiklik olmayıb.
Abzas.net xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən ABŞ prezidentinin Azərbaycan vətəndaşları üçün sərbəst viza rejimi təsdiq etməsi ilə bağlı bəzi saytlarda yayılan informasiyanı şərh edərkən bildiriblər.
Səfirlik Amerika Birləşmiş Ştatlarının prezidenti tərəfindən verilən sərəncamlarla bağlı son məlumatları "www.whitehouse.gov" saytından, viza qaydaları və prosedurları haqda məlumatları isə "www.travel.state.gov" və "azerbaijan.usembassy.gov" saytlarından əldə etməyin mümkün olduğunu diqqətə çatdırıb.