10 bank üzrə 726,169 mln. manat kompensasiya ödənilib

10 bank üzrə 726,169 mln. manat kompensasiya ödənilib
13 Mart 2017
Mətni dəyiş
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) ötən il lisenziyası ləğv olunan 10 kommersiya bankının qorunan əmanətçilərinə ödənilən kompensasiyanın həcmini açıqlayıb.
Fonddan Abzas.net-ə verilən məlumata görə, martın 10-da “Parabank” ASC-nin qorunan əmanətçilərinə 43 milyon 195 min manat (ümumi kompensasiya öhdəliyinin 98,4 %-i), “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 54 milyon 479 min manat (ümumi kompensasiya öhdəliyinin 75 %-i), “Kredobank” ASC-nin qorunan əmanətçilərinə  27 milyon 771 min manat (ümumi kompensasiya öhdəliyinin 99,9%-i) və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 3 milyon 086 minmanatdan (ümumi kompensasiya öhdəliyinin 98,7%-i) artıq kompensasiya ödənilmişdir. 4 bank üzrə ümumilikdə 128 miyon 531 min  manatdan artıq kompensasiya ödənilmişdir.
10 mart  2017-ci il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 milyon 280 min manat (ümumi kompensasiya öhdəliyinin 98,1%-i), “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 974 min manatdan (ümumi kompensasiya öhdəliyinin 94,4%-i) artıq kompensasiya ödənilmişdir. 2 bank üzrə ümumilikdə 16 milyon 254 min manatdan artıq kompensasiya ödənilmişdir.
10 mart  2017-ci il tarixdə QSC “Bank Standard” KB-nin qorunan  əmanətçilərinə 435 milyon 814 min  manatdan artıq kompensasiya ödənilmişdir. Belə ki, ümumi kompensasiya öhdəliyinin 99 %-i əmanətçilərə ödənilmişdir.
Ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 27 yanvar 2017-ci il tarixində başa çatmış və bu tarixədək “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 161 min (ümumi kompensasiya öhdəliyinin 97 %-i) kompensasiya ödənilmişdir.
Ləğv prosesində olan “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 04 fevral 2017-ci il tarixində başa çatmış və bu tarixədək “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 976 min 440 manat (yəni ümumi kompensasiya öhdəliyinin 94 %-i) kompensasiya ödənilmişdir.
Ləğv prosesində olan “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 12 fevral 2017-ci il tarixində başa çatmışdır. 12 fevral 2017-ci il tarixədək “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə  120  milyon 433 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,2 %-i) kompensasiya ödənilmişdir.
Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 726 milyon 169 min manatdan artıq kompensasiya   ödənilmişdir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun