3 Mart 2017
Mətni dəyiş
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.
"Report"un xəbərinə görə, iclasda komissiyaya daxil olan 130-a yaxın müraciətə baxılıb.
Bununla da baxılan müraciətlərin sayı 600-ü keçib.
Qeyd edək ki, Komissiyaya 800-dən artıq müraciət daxil olub. Prezident İlham Əliyevin Novruz bayramı ərəfəsində əfv sərəncamı imzalayacağı gözlənilir.